İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyanada Ukrayna qaçqınlarına yardım üçün benefis konsert təşkil olunub

Vyana şəhərinin mərkəzində yerləşən Heldenplatz meydanında Ukrayna qaçqınlarına yardım məqsədilə benefis konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Avstriyanın aparıcı musiqiçilərinin səhnəyə çıxdığı konserti 100 minədək tamaşaçı izləyib. Tədbir zamanı Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen çıxış edib, eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropada Ukrayna üçün təşkil olunan benefis tədbirlərə müraciəti nümayiş olunub.

Sərbəst girişlə baş tutan konsert “YesWeCare“ (Bəli, biz qayğı göstəririk) devizi ilə keçirilib. Konsert çərçivəsində Ukraynadan uşaqların himayəsini həyata keçirən “SOS Kinderdorf” və digər humanitar təşkilatlara ianələr toplanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR