İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov: "Azəriqaz" limitləri vaxtında sıfırlasın

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməlidir.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.

"2022-ci il yekunlaşır və 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək. Bu il bu məsələ 10 gün yubandı. Məqsədəuyğun olardı ki, “Azəriqaz” limitləri vaxtında sıfırlasın. İnsanlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir, yubanmaya görə "mavi yanacaq"dan istifadə üçün daha çox xərc çəkir", - deyə, o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR