İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədini açıqladı - SON DƏQİQƏ!

“Rusiya öz tarixi ərazilərində təhdidlərin mövcudluğuna imkan verə bilməz”.

Musavat.com TASS agentliyinə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 25-də ictimaiyyət nümayəndələri ilə görüşdə söyləyib.

O iddia edib ki, Ukrayna ilə müharibənin məqsədi Rusiyanı qorumaqdır.

Dövlət başçısı, həmçinin deyib ki, yeni regionların bərpasına tələbə inşaat dəstələri cəlb olunur.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı savaş ötən il fevralın 24-də başlayıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR