İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.

Musavat.com Qaynarinfo-ya istinadla xəbər verir ki, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Səfirlik yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.

Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR