İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Orban: Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəklənməyəcək

Macarıstan Rusiyaya qarşı tətbiq edilən, lakin Avropa İttifaqı üzvlərinin özlərinə hədsiz ziyan vuracaq sanksiyaları dəstəkləməyəcək.

AZƏRTAC MTI informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstan hökumətinin başçısı Viktor Orban bu fikri onun Ukrayna ilə bağlı mövqeyini tənqid edən 44 avropalı deputata ünvanladığı məktubunda ifadə edib.

Avropalı deputatların qınaqları ilə razılaşmayan Viktor Orban Macarıstanın Rusiyaya qarşı bütün altı sanksiya paketini dəstəklədiyini və Avropa İttifaqını qorumaq üçün əlindən gələni etdiyini xatırladıb: “Biz bunu ona görə edirik ki, əvvəllər razılaşdırılmış prinsipə əməl etmək getdikcə çətinləşir və tətbiq olunan sanksiyalar bizə Rusiyadan daha çox zərər vurmamalıdır”.

Baş nazirin sözlərinə görə, Macarıstan hökuməti Avropa İttifaqının bəzi ölkələrinin çağırışların əksinə olaraq Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril də daxil olmaqla, Rus Pravoslav Kilsəsinin rəhbərlərinə qarşı sanksiyaların tətbiqinə icazə verməyəcək. O, eyni zamanda vurğulayıb ki, Macarıstan Ukraynadakı vəziyyətlə bağlı dəqiq mövqeyini bildirib və Rusiyanın fəaliyyətini pisləyib.

Viktor Orban, indiyədək Ukraynadan Macarıstana 800 minə yaxın qaçqının gəldiyini və onların ərzaq, mənzil və dərmanla təmin olunduğunu da bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR