İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun İSTEFA səbəbi bilindi, Ali Məclis qərar verdi, növbədə... – Professor Qabil Hüseynli ilə CANLI

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

Deputat Qüdrət Həsənquliyev hesab edir ki, Vasif Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub. “Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”, - millət vəkili vurğulayıb.

TV Musavat-ın saat 16:00-da canlı efirində professor Qabil Hüseynli ilə vadif Talıbov və Naxçıvanın statusu məsələsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR