İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”çilərin məzarlarını dağıdıb, yol çəkirlər - FOTOLAR

Samara yaxınlığında "Vaqner" döyüşçülərinin qəbirləri sökülüb, əraziyə beton tökülüb.

Musavat.com telegram kanallarına istinadən məlumat verir ki, Samara yaxınlığında “Vaqner" muzdlularının dəfn olunduğu qəbiristanlıqları sökməyə başlayıblar.

Məlumata görə, bir neçə yüz "Vaqnerçi"nin dəfn olunduğu Nikolayevka kəndindəki qəbiristanlıqda və Priqojinin şəxsən xatirə lövhəsini açdığı yerdə bütün qəbirlər sökülüb. Xaçlar və əklillər yığılıb, texnika işləyir, qəbirlər yerlə-yeksan edilib.

Qəbiristanlığın təmir olunduğu bildirilir. Məlumata görə, üzərində xaçlar olan torpaq kurqanlar betonlanacaq, hər bir qəbrin üzərində qara piramidalar olacaq.

Lakin sağ qalan muzdlular baş verənlərdən xəbərsizdirlər və qəzəbli videolar çəkib paylaşırlar.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR