İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədovdan çağırış - "Laçın yolunda gömrük və sərhəd postu qurulsun"

Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov Münhen Konfransı çərçivəsində keçirilən müzakirələrdən, dövlət başçımızın Qarabağla bağlı bəyan etdiyi prinsipial mövqeyindən bəhs etdi. Eyni zamanda qeyd etdi ki, Ermənistan rəhbərliyi hər dəfə danışıqlarda bir mövqe nümayiş etdirir, danışıqlardan sonra fərqli mövqe sərgiləyir.

V.Əhmədov dedi ki, 75 gündür bizim ekofəallar Laçın yolunda aksiya keçirirlər. Deputat iki gün bundan əvvəl atəşkəs rejiminin 15 dəfə pozulduğunu, problemin kifayət qədər ciddiləşdiyini vurğuladı. Dedi ki, bir neçə gün əvvəl Haaqa Məhkəməsində qəbul olunan qərar da ikili standartların növbəti təzahürüdür. Ona görə də V.Əhmədov Azərbaycanın atmalı olduğu addımların olduğunu qeyd etdi: “Birincisi, Laçın dəhlizində hüquqi mexanizmlərin bərqərar olması üçün Rusiya tərəfi ilə danışıqlar aparmalıyıq. Orda bizim gömrüyümüz və sərhəd xidmətimiz olmalıdır ki, Qarabağ ərazisinə silah-sursat daşınmasın.

Göründüyü kimi, Paşinyanın ən çox diqqət yetirdiyi məsələ məhz dəhlizdir. İkinci Rusiya sülhməramlılarının təsir zonasında erməni silahlı birləşmələri hələ də qalmaqdadır. Biz bu iki məsələni tamamilə həll etməliyik. Çünki vəziyyətin getdikcə kritik hala gəlməsi göz qabağındadır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR