İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov komissiya yaradılmasını istədi, Əli Hüseynli “ehtiyac yoxdur” dedi

Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov hökumətin iştirakı ilə keçirilən müzakirələrin kəsilməsi təklifi ilə çıxış etdi. Deputat bildirdi ki, ötən iclaslarda ölkədə sosial problemlərin mövcudluğu ilə bağlı fikirlərini səsləndirib və vəziyyətlə bağlı Birinci vitse-spiker Əli Hüseynlinin rəhbərliyi ilə xüsusi komissiyanın yaradılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin də iştirakı ilə müzakirələrin aparılması təklifi ilə çıxış edib.

Ə.Hüseynli həmkarının fikirlərinə münasibət bildirərkən “sosial problemlər o səviyyədə deyil ki, xüsusi komissiya yaradılsın, müzakirə olunsun. Dəfələrlə müvafiq komitələrin daxilində müzakirələr aparıldı. Mənə görə heç bir yeni məsələ mövcud deyil və komissiyanın yaradılmasına ehtiyac yoxdur” - söylədi.

Deputatların büdcəyə qənaətlə bağlı səsləndirdikləri tənqidi fikirlərə gəldikdə, Ə.Hüsynli “biz həmişə məsələ qaldırırdıq ki, hökumət qənaətli olsun. Hökumət də qənaət edib”-deyə, bildirdi.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR