İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST bir həftə ərzində dünyada koronavirusdan ölümlərin 10 % artdığını açıqlayıb

Dekabrın 5-dən 11-dək 3,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9,7 mindən çox insan ölüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 2 %, ölənlərin sayı isə 10 % artıb.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik məlumat cədvəlinə əsasən, həftə ərzində dünyada 3 326 710 yoluxma halı və 9 782 ölüm halı qeydə alınıb. Əvvəlki yeddi günlə müqayisədə (noyabrın 28-dən dekabrın 4-dək) yoluxma ​​halların artması Amerikada (+27 %) və Qərbi Sakit okean regionunda (+ 3 %) qeydə alınıb. Lakin Afrikada 73 %, Cənub-Şərqi Asiyada 33 %, Avropada 11 % və Şərqi Aralıq dənizində 2 % azalıb.

Avropada (- 17%) və Cənub-Şərqi Asiyada (- 10%) ölüm halları azalıb. Eyni zamanda, Afrikada 975 % artım qeydə alınıb. ÜST-də bu cür rəqəmlər xüsusən də Cənubi Afrika üzrə statistik məlumatların dəqiqləşdirilməsi ilə izah olunub. Ötən həftə ölənlərin sayı əvvəlki ilə müqayisədə Şərqi Aralıq dənizi (+ 81 %), Amerika (+ 37 %) və Qərbi Sakit okean regionunda (+ 5 %) artıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR