Onlayn ictimai-siyasi qəzet
Qaziantepdə kişi həyat yoldaşını və 4 uşağını güllələyərək öldürüb.
Musavat.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Qaziantepin Şahinbey rayonunda baş verib.
Məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, qızı 5 yaşlı Azra Dəmiri, 4 yaşlı oğlu Yusuf Eymen Dəmiri, 11 yaşlı qızı Mədinə Dəmiri və 6 yaşlı qızı Edanur Dəmiri qətlə yetirib. Daha sonra isə eyni silahla intihar edib. Hadisə yerinə polis və tibbi qruplar göndərilib.
Əhməd Dəmirin psixoloji problemlərinin olduğu bildirilir.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ