Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Türkiyə arasında münasibətlərdə bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin siyasi qərarının olmaması.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bu gün, oktyabrın 12-də “Dünyanın kəsişməsi: Təhlükəsizlik və Demokratiyanın vəhdəti” adlı forumda deyib.
“Ermənistanla Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir. Razılaşma və barışıq iki fərqli şeydir. Bunlar dərin mövzulardır. Türkiyədə belə bir yanlış (?!-M.) fikir var ki, erməni diasporu və ya erməni diasporunun mövqeyi Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına maneə olub və qalır. Bu səhvdir. Bunun belə olmadığı bir neçə dəfə sübut edilmişdir”, - Rubinyan iddialarını bölüşüb.
Onun sözlərinə görə, bir böyük maneə var: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyədən siyasi qərarın olmaması. Sabah qərar verilsə, sabah da sərhədlər açılacaq”.
Rubinyanın fikrincə, erməni diasporunun Ermənistanla Türkiyə arasında əlaqələrə mane ola biləcəyi mövqeyi də səhvdir.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ