Onlayn ictimai-siyasi qəzet
İranda təyyarə ilə səfər edən sərnişinlərə mobil telefondan başqa peycer və digər elektron rabitə vasitələrinin istifadəsi qadağan edilib.
Musavat.com-un məlumatına görə, bu barədə İRNA Mülki Aviasiya Qurumunun sözçüsü Cafer Yazırluya istinadən xəbər verir.
Bildirilir ki, qadağa uçuş təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Yazırlu sözügedən qadağanın sərnişin salonu və yük bölməsini də əhatə etdiyini bildirib.
Şahanə Rəhimli
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ