Onlayn ictimai-siyasi qəzet
"Nikol Paşinyan Avropa İttifaqının Ermənistanı tərk etməsi barədə Rusiya ilə razılıq əldə edib. Qərb bu dəfə Ermənistana təzyiq rejimi tətbiq edə bilər".
Musavat.com xəbər verir ki, bu barədə siyasi təhlilçi Aqşin Kərimov öz sosial media hesabında qeyd edib.
Onun fikrincə, Azərbaycanın təzyiqləri də burada müstəsna əhəmiyyətə malikdir:
"Lakin hələ Aİ missiyası Ermənistandadır və Rusiyanın da iştirakını artıracağı ehtimal olunur.
Ümumiyyətlə, Qərbdən bu dəfə Ermənistana təzyiq rejimi tətbiq edilə bilər, Paşinyanın Moskva mətbəxində hazırlanmış reseptlərlə hərəkət edə biləcəyi ehtimalına qarşılıq olaraq bunun mümkünlüyü şübhə doğurmur.
Bir sözlə, Ermənistan əks qütblərin cazibə mərkəzi yox, poliqon sahəsidir və mümkündür ki, İran da öz payını götürmək üçün həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm də Qərblə gizli razılaşmaya meyillidir.
Hansı bucaqdan baxsaq, proseslər Azərbaycanın strateji maraqlarının mütləq təmininə doğru gedir".
Xalidə Gəray
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ