Onlayn ictimai-siyasi qəzet
Braziliya prezidenti Lula da Silva Livandan gələn müsəlman qaçqınları səmimi şəkildə qarşılayıb.
Livandan olan qaçqınlar Braziliyanın hərbi təyyarəsi ilə ölkəyə gətirildikdən sonra Lula da Silva onları qucaqlayaraq qarşılayıb.
Bu qarşılanma “TRT Haber” tərəfindən yayımlanaraq geniş auditoriyaya çatdırılıb və beynəlxalq ictimaiyyətdə diqqət çəkib.
Lula da Silvanın bu addımı eyni zamanda ərəb dünyasına, xüsusən də ətrafdakı zəngin ərəb ölkələrinə bir xəbərdarlıq və “şillə” kimi qiymətləndirilir. Çünki onlar Fələstin və Livan kimi ölkələrin üzləşdiyi fəlakətlərə göz yumurlar, maddi və ya humanitar yardım göstərmirlər. Eyni zamanda, qaçqınlar üçün öz sərhədlərini bağlayıblar. Braziliyanın uzaq məsafədə olmasına baxmayaraq, bu humanitar addımı atması ərəb ölkələrinin qaçqın məsələsində sərgilədiyi soyuq münasibətə qarşı ciddi bir təzyiq kimi görünür.
Braziliyanın bu jesti beynəlxalq ictimaiyyətdə daha çox dəstək və humanitar yardımların vacibliyini ön plana çıxardığı halda, ərəb ölkələrinin bu mövzuda fəaliyyətsiz qalması diqqət çəkən bir məqam kimi önə çıxır.
MUSAVAT.COM
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ