İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda NATO bazası - Azərbaycana qarşı qısamüddətli müharibə?

Sentyabrın 30-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Alyansın Hərbi Komitəsinin nümayəndələri arasında görüşlər keçirilib.

Caliber.Az-ın verdiyi məlumata görə, Qriqoryan bu görüşdə Ermənistanın "NATO-nun yeni cənub cinahı" olmağa hazır olduğunu bildirib. O, Ermənistanda aviabazaların tikintisini və raketdən müdafiə bölmələrinin yerləşdirilməsini təşviq etmək niyyətini vurğulayıb.

Qriqoryanın sözlərinə görə, bu bazalar NATO-nun Çevik Yerləşdirmə Qüvvələrinin qoşunlarını, o cümlədən quru, hava və xüsusi bölmələri qəbul etməyə hazır olacaq.

Bəs Ermənistanda NATO bazası yaratmaq Azərbaycana qarşı şərti sərhəddə qısamüddətli müharibə anlamına gəlirmi?

zaur.jpg (49 KB)

Musavat.com xəbər verir ki, politoloq Zaur Məmmədov öz sosial media hesabında mövzuya bu cür şərh bildirib:

"NATO-nun qərargahında 30 sentyabr görüşü Ermənistanın nə qədər riskli bir yol seçdiyini aydın şəkildə göstərir. Ermənistanın NATO-nu hərbi qüvvələrin yerləşdirilməsi və Ermənistan ərazisində müvafiq infrastrukturun yaradılması üçün cəlb etməyə yönəlmiş siyasəti regional təhlükəsizlik üçün ciddi təhdiddir. Gürcüstanda siyasi destabilizasiya cəhdləri və Azərbaycana qarşı hərbi ambisiyalar Cənubi Qafqaz regionunda yeni qarşıdurmaya və gərginliyin artmasına səbəb ola bilər".

Politoloqun fikrincə, İrəvanın Qərbin bəzi mərkəzləri ilə hazırladığı planlar Cənubi Qafqazı yaxın vaxtlarda Yaxın Şərqə bənzər xaotik regiona çevirə bilər:

"Çinə, Rusiyaya qarşı birilərinin apardığı geosiyasi mübarizə region xalqları üçün dəhşətli nəticələrə gətirib çıxara bilər. Bizi daha çox narahat edən məsələ isə ərazisinda Qərb hərbçilərinin və hərbi texnikalarının olmasından istifadə edən Ermənistanın Azərbaycan ordusu üzərinə hücum etməsi ehtimalıdır.

Ermənistan ordusunun hərbi hücumu olarsa, Azərbaycan tərəfi Zəngəzurda demilitarizasiya zonası yaratmaq hüququna malikdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR