İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST: "29 ölkədə meymunçiçəyinə mindən çox yoluxma halı aşkarlanıb"

Dünyanın 29 ölkəsində meymun çiçəyinə mindən çox yoluxma halı aşkarlanıb, lakin bu xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus özünün “Twitter” səhifəsində yazıb. “Xəstəliyin endemik olmadığı 29 ölkədə meymun çiçəyinə mindən çox yoluxma halı qeydə alınsa da, ölüm hallarına rast gəlinməyib”, - deyə Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı epidemiyaya nəzarət etmək və xəstəliyin yayılmasının qarşısını almaq üçün ölkələri meymun çiçəyinə bütün yoluxma hallarını və xəstələrlə təmasda olan şəxsləri müəyyən etməyə çağırır.

Adətən Afrikada rast gəlinən və insanlar arasında çətin yayılan meymun çiçəyi infeksiyası hazırda Avropa və Şimali Amerika ölkələrində də müşahidə olunur.

Meymun çiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və yoluxanların əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və əzginlik xəstəliyin ilk simptomlarıdır. Əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmələr əmələ gəlir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR