İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşaqları ət yeməyə məcbur etməyin, çünki... " - Pediatrdan şok açıqlama

"İnsan otyeyən heyvanların ətini yeyir. Çunki ot yediyi üçün onların əti daha az zərərli hesab olunur. Yəni ətyeyənin əti otyeyənin ətindən daha çox toksik maddələrlə zəngin olur. Amma bu o demək deyil ki, otyeyənin ətinin tərkibi sadəcə faydalı maddələrdən ibarətdir".

Musavat.com bildirir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə bildirib.

Pediatr qeyd edib ki, ət yeyən insanlarda toksinlər daha çox olur:

e59117_ab81446d2731420983b6617065176040_mv2.jpg (22 KB)

"Biz insanların bədənində necə ki toksinlər olur, bütün heyvanların da bədənində toksin çox olur. Ət yeyən insanlarda bu toksin daha çox olur, eləcə də insanda. Ət yemək istəyi zehinlə bağlıdır. Bədən, əslində, tələb etmir. Uşaqlarda isə hələ bu tələbkar zehin formalaşmadığı üçün onları məcbur etməməliyik və yaxud "uşağım ət yemir" deyib bunu faciəyə çevirməməliyik.

Necə ki, bizim bədənimizdəki toksinlər böyrəklər, dəri, bağırsaqlar, tər vəziləri ilə çıxır, eləcə də heyvanlarda da bu hadisə baş verir. Amma biz heyvan kəsiləndə onun bədənində dayanan toksinləri unuduruq. Yəni qan dövranı dayanan kimi onlar da harda idisə orda da qalır - hüceyrə içində. Bu baxımdan qaraciyər, böyrək yemək heç məsləhət deyil.

Mən pediatr kimi çalışdığım dövrdə hələ ki, ət yemədiyi üçün dəmiri, ferritini aşağı olan uşaq görmədim. Əksinə, elə hər gün ət yeyən uşaqlarda defisit gördüm. Bu o deməkdir ki, ətin həzm olunması daha vacibdir, nəinki onun yeyilməsi.

Ətin qoxusunu istəməyən, onu çeynəmək istəməyən uşaqlarda bu, tam normaldır. Ət zülal mənbəyidir. Təbii ki zülal mənbəyi təkcə ət deyil. Ət xeyli qaynama tələb etdiyi üçün orda zatən vitamin qalmır. Onun yerinə yumurta, pendir, kəsmik, qoz, noxud, lobya, mərci yeyə bilər".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR