Onlayn ictimai-siyasi qəzet
"İnter" ilə oyunda ürəyi dayanan "Fiorentina"nın oyunçusu Eduardo Bove üçün həkimlər tərəfindən verilən qərar karyerasına böyük təsir göstərəcək.
Futbolçuya ürək implant kardioverter-defibrilyator yerləşdiriləcək. Ancaq ona cihazla oynamağa icazə verilməyəcək. Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Belə olan halda Bove İtaliya A Seriyası ilə vidalaşmalı olacaq.
Qeyd edək ki, icarə əsasında "Fiorentina"da çıxış edən Eduardonun doğma klubu "Roma" ilə 2028-ci ilə qədər müqaviləsi var. (Offsideplus.az)
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ