İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA təlim proqramına start verir

UNEC Ömürboyu Təhsil Mərkəzi “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA sertifikatlı təlim proqramına start verir.

Proqram HR-ın əsas idarəetmə bacarıqlarını inkisaf etdirmək məqsədi daşıyır və xüsusi idarəetmə təcrübələrinə uyğunlasdırılıb. Aparıcı qurumların rəhbər şəxsləri, eləcə də peşəkar təlimçilər tərəfindən keçiləcək proqramda iştirakçılar qısa müddətdə HRM-in bütün idarəetmə sistemini öyrənmək, işdən ayrılmayaraq, HRM üzrə təcrübə qazanmaq və şəbəkələşmə üzrə bilik və bacarıqlar əldə edəcəklər.

6 aylıq proqramın sonunda təlimi uğurla bitirənlər UNEC-in mini MBA sertifikatını qazanacaqlar.

Təlimlər sentyabrın 15-də başlayır. 5 moduldan ibarət olan təlim proqramı HR strateji tərəfdaş, İstedadların cəlbi və iş yerində saxlanılması, İstedadların inkişafı və idarə edilməsi, HR analitika və hesabatlıq, Əmək qanunvericiliyi və kadr işi kazgüzarlığı mövzularını əhatə edir.

Dərslər həftədə 2 dəfə, 19:00-21:30 aralığında təşkil olunacaq.

Təlim ödənişlidir.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Əlaqə nömrəsi: 994 55 561 00 67

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR