Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri Ukraynaya Amerika silahlarının iki partiyasını maliyyələşdirib və çatdırıb. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.
Agentliyin məlumatına görə, növbəti iki silah partiyası isə artıq “hazırlıq mərhələsindədir”. Daha yeddi ölkə qarşıdan gələn tədarüklərin maliyyələşdirilməsində iştirak etməyə hazırdır, baxmayaraq ki, agentlik hansı ölkələrin təşəbbüsə qoşulmaq niyyətində olduğunu açıqlamayıb.
Bloomberg mənbələri həmçinin bildirib ki, Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı Ukraynaya silah verməyə inandırmaq üçün “vədlər siyahısı” hazırlayıb. Onların sözlərinə görə, Vaşinqton və Kiyev arasında potensial əməkdaşlığa dair məsləhətləşmələr Zelenskinin oktyabrın 17-nə planlaşdırılan Ağ Evə səfəri zamanı baş tutacaq.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ