Onlayn ictimai-siyasi qəzet
Bu gündən Azərbaycanda qadın voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümünə start verilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu mövsümdə qadın voleybol komandası ilə Yüksək Liqada təmsil olunur. Dünyanın aparıcı universitetlərinin idman təcrübəsini nəzərə alaraq, UNEC universitet idmanı sahəsində də qlobal arenada öz mövqeyini möhkəmləndirmək niyyətindədir.
Yeni mövsümə ciddi hazırlıqla başlayan UNEC Voleybol Komandası heyətini gücləndirib. Belə ki, komandaya ABŞ-dan üç, Ukrayna, Belarus və Bolqarıstanın hər birindən bir legioner idmançı dəvət olunub.
Komandanın baş məşqçiliyi isə təcrübəli italiyalı məşqçi Covanni Torçioya həvalə edilib.
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ