İnsanlara hürriyət, millətlərə istiqlal!

RİA-Novosti-nin müxbiri Zaporojyedə öldürüldü

Ukraynanın Zaporojye vilayətinin işğal altında olan hissəsində RİA Novosti-nin müharibə müxbiri İvan Zuyev öldürülüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, dron zərbəsi nəticəsində həlak olub, yanında olan həmkarı Yuriy Voitkeviç isə ağır yaralanıb.

Zuyev Rusiya işğalının təbliği ilə məşğul idi. Mart ayında Vladimir Putin onu “vicdanlı işinə” görə tərifləyib. Yaralanan Yuri Voitkeviç Zuyevin həmkarı olub, həm də uzun müddət həmin agentlikdə işləyib. Hətta II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR