İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu

Musavat.com xəbər verir ki, “Atletik Bilbao”nun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuata maraqlı və bir qədər də ironik açıqlama verib.

Valverde bildirib ki, komandası “Qarabağ”ın oyunlarını diqqətlə izləyib və qarşılaşmada “təhlükəli, bol qollu oyun” nümayiş etdirmək niyyətindədir:

“Oyunçularımdan istəmişəm ki, ‘Qarabağ’ın qapısına mümkün qədər çox – hətta 9 top – vursunlar!”

İspan mütəxəssisin bu fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Futbol azarkeşləri xatırladıblar ki, “Qarabağ”ı əvvəllər də “zəif rəqib” sayan, onun oyun gücünü dəyərləndirməyən “devlər” çox olub — amma həmin komandaların bir çoxu sonda məyus olaraq turnirdən erkən vidalaşıblar. 

37ed24b3-e15b-4ea0-b100-a2331bd1d3b1_825.jpg (106 KB)

“Qarabağ” isə illərdir Avropa səhnəsində Azərbaycan futbolunun simvoluna çevrilərək, favoritləri heyrətləndirməyi bacarıb. Ona görə də, Valverdenin “9 qol” arzusu azarkeşlər tərəfindən bir qədər sarkazmla qarşılanıb:

“Qoy 9 top arzulayanlar əvvəlcə 1 top vura bilsinlər, sonra davam edərlər…” – deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

İndi gözlər oktyabrın 22-də Bilbaodakı Estadio San Mames stadionuna yönəlib. “Qarabağ” üçün bu qarşılaşma təkcə idman yox, həm də prinsipial mübarizə xarakteri daşıyır.

İnşaAllah, Qurban Qurbanovun komandası növbəti dəfə “möcüzə” göstərərək bir daha sübut edər ki, futbolda təkcə adlar deyil, ruh da qalib gəlir.

Tarix: 22 oktyabr 2025
Bakı vaxtı ilə: 20:45
Stadion: Estadio San Mames, Bilbao, İspaniya

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR