Onlayn ictimai-siyasi qəzet
Noyabr ayında Cenevrədə keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konfransında siqaret filtrlərinin satışının tam qadağan edilməsi təklifi müzakirəyə çıxarılacaq.
Musavat.com xəbər verir ki, yeni tövsiyəyə əsasən, siqaretlərin cəlbediciliyini azaltmaq və tütün istifadəsini məhdudlaşdırmaq məqsədilə “filtrlərin birbaşa qadağan olunması” planlaşdırılır. Bu təşəbbüs Avropa İttifaqında tütün məhsullarının dövriyyəsini tənzimləyən əsas sənəd olan “Tütün məmulatları haqqında direktiv”in yenidən nəzərdən keçirilməsinə gətirib çıxara bilər.
Ekspertlərin fikrincə, bu qərarın qəbul edilməsi siqaret bazarını kökündən dəyişəcək. Hazırda yalnız Almaniyada satılan siqaretlərin 95 faizi filtrli olduğundan, qadağa faktiki olaraq ənənəvi siqaret satışının tam dayandırılması anlamına gələcək.
Qeyd edək ki, ÜST iyulun əvvəlində də bütün ölkələrə siqaret, spirtli içki və qazlı şirin içkilərin qiymətlərini 2035-ci ilə qədər ən azı 50 faiz artırmağı tövsiyə etmişdi. Bu addım həm xroniki xəstəliklərin qarşısının alınması, həm də dövlət büdcələrinə əlavə gəlir təmin olunması məqsədi daşıyır.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ