İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya ilk “Leopard” tankları hələ 3 ay sonra gələcək - Almaniyanın müdafiə naziri

 

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Almaniyanın hələ təxminən üç ay ərzində Ukraynanı ilk “Leopard” döyüş tankları ilə təmin edə bilməyəcəyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Tagesschau” saytı məlumat yayıb.

Sosial-demokrat nazir bu sözləri Bundestaqın müdafiə komitəsinin iclasından səsləndirib. O, Bundesverin "çox tez" bir müddətdə Ukrayna hərçbilərinə “Leopard” tankları ilə təlim keçəcəyini vurğulayıb.

Pistorius əsas döyüş tanklarının tədarükü haqqında qərarı “müharibənin bu mərhələsində dönüş yaradacaq xarakterdə olduğunu” iddia edib.

Almaniya ilkin mərhələdə Ukraynaya yeni tank taborunu qurmaq üçün ən yeni “Leopard”lar verəcək. İkinci mərhələdə isə köhnə tanklardan yeni birliklərin qurulması nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR