İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynasız sülh danışıqları: ABŞ və Rusiya nəyi bölüşür?

"ABŞ və Rusiya nümayəndələrinin İstanbulda keçirilən danışıqları ikitərəfli diplomatik-siyasi əlaqələrin nizamlanması ilə əlaqədar məsələləri əhatə edir. Daha doğrusu, informasiyalar bu istiqamətdədir, bununla belə, ABŞ-Rusiya əlaqələrindəki qarşılıqlı hörmətə əsaslanan sistemin bərpası Ukraynadakı münaqişənin nəticələrindən asılıdır".

Musavat.com xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov qeyd edib.

O bildirib ki, Moskva ilə Vaşinqtonun Ukraynadakı müharibənin tənzimlənməsini asanlaşdırmaq üçün birgə səy göstərdikləri artıq sirr deyil, bu isə Kiyevin milli və təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir:

"Ukraynada narahatlıq var ki, Rusiya ABŞ ilə danışıqlara müharibədəki gələcək hücum səylərini gücləndirmək vasitəsi kimi baxır.

AQSİN.jpeg (208 KB)

ABŞ-ın Donald Tramp administrasiyası dövründəki Ukrayna ilə əlaqədar fərqli yanaşmaları, Vaşinqtonun resurslarını Çinlə tarif müharibələrinə yönləndirməsi Kiyevdən diqqəti yayındırır. Ukrayna Rusiya ilə ABŞ danışıqları, Ağ Evlə Çin arasındakı ticarət savaşına görə öz mövqelərinin beynəlxalq aləmdə sıfıra düşməsini arzulamır.

Ukraynanın nəzərləri öz üzərinə çəkərək yenidən bir nömrəli beynəlxalq prioritet olması üçün döyüş meydanında ciddi nəticələr əldə etməlidir.

Bu, hələlik baş vermir, əksinə, Ukraynanın ərazi itkiləri getdikcə çoxalır. Bir məsələni də nəzərdə saxlamaq lazımdır ki, Rusiyanın da hücum tempi son 5 ayda yüksək intensivliyini azaldıb. Belə bir məqamda Ukrayna üçün güclü əks-hücum əməliyyatları keçirmək şansı yaransa da, ABŞ-ın yardımlara və Kiyev üçün tərtib etdiyi kəşfiyyat məlumatlarına əhəmiyyətli məhdudiyyətlər qoyması Kiyevin əl-qolunu bağlayır.

Bu baxımdan Ukraynanın taleyini birbaşa olaraq ABŞ-Rusiya danışıqları deyil, müharibə meydanındakı əməliyyat şəraiti müəyyənləşdirir. Ukraynanın müqavimət gücü hara qədər olacaq - bunun hesabını indidən təqdim etmək çətindir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR