İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılar gözləməyəcək – “The Telegraph”

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Ukraynanın hücuma keçmək üçün təchizata ehtiyacı var” başlıqlı redaksiya məqaləsi dərc olunub.

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində tərəflər tez-tez qanlı dalana dirənir, tək iri şəhərlər uğrunda yox, kiçik ərazilər uğrunda da aylar uzunu gah irəli gedir, gah geri çəkilir.

Hazıda Ukrayna ordusu ruslara qarşı əks-hücuma keçməyi planlaşdırır. Amma belə görünür ki, silah-sursat çatışmazlığı bu planı reallaşdırmağa imkan vermir. Baxmut şəhərinin şərqində duran və bu strateji əhəmiyyətli şəhərə nəzarət uğrunda çarpışan Ukrayna qoşunları qüvvəsinin tükəndiyini, taqətdən düşdüyünü açıq surətdə bəyan edir.

Aprel ayının sonlarında Rusiyanın Ukraynanın bir neçə bölgəsinə atdığı raketlər onlarla mülki şəxsin ölümü ilə nəticələndi. Bundan dərhal sonra Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım bölgəsinin Sevastopol şəhərində neft anbarı yandı. Deyilənə görə, buna Ukraynanın zərbə donları səbəb olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR