Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xalq deputatı və Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin katibi Roman Kostenko hesab edir ki, müharibə 2025-ci ildə bitməyəcək.
R.Kostenkonun sözlərinə görə, döyüş əməliyyatlarının dondurulması və ya müvəqqəti dayandırılması mümkündür:
"Belə bir fikirlər və ya proqnozlar var ki, müharibə dayana bilər və ya müəyyən atəşkəs ola bilər. Baş verənlərin fonunda bu mümkündür. Bəs bu müharibənin sonu olacaqmı? Olmayacağı dəqiqdir".
O əlavə edib: "İstənilən atəşkəs ola bilər, amma onun uzunmüddətli olmayacağı dəqiqdir. Biz başa düşməliyik ki, real zəmanətlər olmadan Rusiya heç vaxt dayanmayacaq, çünki qarşısında qoyduğu minimal məqsədlərə belə çatmayıb".//Oxu.Az
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ