Onlayn ictimai-siyasi qəzet
Ukrayna Azərbaycanın Yekaterinburqda soydaşlarımıza qarşı törədilmiş faciə ilə bağlı mövqeyini bölüşdü. Musavat.com xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev rəsmi açıqlamasında Kiyevin Bakı ilə tam həmrəy olduğunu bildirib.
Diplomat qeyd edib ki, Ukrayna azərbaycanlı xalqı ilə həmrəylik nümayiş etdirir və Yekaterinburqda baş verən faciənin ədalətli şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını dəstəkləyir.
“Biz ədalətli araşdırma və günahkarların cəzalandırılmasına çağırışları dəstəkləyirik,” – deyə səfir Yuri Qusev vurğulayıb.
Xatırladaq ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini açıq şəkildə müdafiə edib, Kiyevə müxtəlif sahələrdə ardıcıl dəstək göstərib. Bu siyasi və humanitar dəstək bu gün də davam edir.
Beləliklə, iki ölkə arasında qarşılıqlı etimad və strateji tərəfdaşlıq çətin dövrlərdə bir daha özünü təsdiqləyir.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ