Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus qırıcı təyyarəni vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilir ki, martın 24-də Rusiyaya məxsus “SU-35” təyyarəsi vurulub.

Qeyd edək ki, məhv edilən SU-35” təyyarəsinin qiyməti 100 milyon dollardır.