İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada korrupsiya qalmaqalları - nazir və prokuror müavinləri istefa verdi

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı yanvarın 24-də Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat yayılıb..

Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh idi. Bu yaxınlarda onun adı ordunun ərzaq təminatı ilə bağlı iri korrupsiya qalmaqalında hallanıb. "Səslənən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefa bəyanatı Avropa və demokratik siyasət ənənələrinə layiqli bir hərəkətdir. Onun bu hərəkəti ölkənin müdafiə maraqlarının istənilən kabinet və ya kürsülərdən yüksək olduğunu nümayiş etdirir", - deyə nazirliyin bəyanatında bildirilib.

Bundan başqa, Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko da vəzifəsindən azad edilib. Bu barədə deputat Yaroslav Jeleznyak Telegram kanalında məlumat verib.

“Kirill Timoşenkonu qovdular. Çox güman ki, onun yerinə qubernator Aleksey Kuleba təyin olunacaq, - deyə Jeleznyak yazıb.

Xatırladaq ki, bu gün jurnalist Mixail Tkaç Simonenkonun bu qış İspaniyada 10 günlük məzuniyyətdə olduğunu xəbər edib. Bahalı məzuniyyətin fotolarını baş prokuror müavininin xanımı İnstaqramda yayımlayıb.

Üstəlik o, dekabrda Ukrayna prezidenti Vladimir Zelenskinin müharibə zamanı siyasətçilərin və məmurların xaricdə istirahətini qadağan etməsinə baxmayaraq, Marbellaya gedibmiş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR