İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada ən çox güvən duyulan və istənməyən siyasətçilər bəlli oldu

2023-cü ilin sonunda ukraynalılar ən çox prezident Volodimir Zelenskiyə, Nikolaev vilayətinin rəhbəri Vitali Kimə və xarici işlər naziri Dmitri Kulebaya etibar edirlər.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, İlka Kuçeriv adına Demokratik Təşəbbüslər Fondunun Razumkov Mərkəzi ilə birlikdə keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Verilən informasiyaya əsasən “respondentlər ən çox V. Zelenskiyə (71%), V. Kimə (65%), D.Kulebaya güvəndiklərini bildiriblər.

Eyni zamanda, respondentlərin əksəriyyəti xalq deputatı Yuliya Timoşenkoya (85%), Preident ofisinin keçmiş müşaviri Aleksey Aretoviçə (82%), xalq deputatları Yuri Boykoya (81%), Pyotr Poroşenkoya (74%) inanmadıqlarını ifadə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR