İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada azərbaycanlı tələbəni çeçenlər girov saxlayır? - VİDEO

Ukraynada girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayevə yaxınları ilə danışmağa imkan yaradılıb.

Musavat.com xəbər verir ki, bunu "ARB Xəbər"ə açıqlamasında tələbənin atası Amin Abdullayev bildirib.

Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan 20 yaşlı Hüseyn Abdullayevin çeçen və ya dağıstanlı silahlıların əlində olduğu ehtimal edilir.

"Əvvəl eşitdik ki, ruslar övladımı tutublar. Bundan sonra onunla əlaqəmiz kəsildi. Sonra ayın 19-u mən onun telefonuna zəng edərkən rus hərbçilər telefonu götürüb övladımın onların əlində olduğunu təsdiqlədilər", - deyə Hüseynin atası Amin Abdullayev əlavə edib.

Qeyd edək ki, azərbaycanlı tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilməsini istəyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR