İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna rusların 18 PUA-sını məhv etdi

Ötən gün Ukrayna səmasında Rusiyanın İran istehsalı olan 18 ədəd “Şahed” pilotsuz uçuş aparatı (PUA) vurulub.

Msuavat.com UNİAN-a istinadə xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Xəbərə görə, Rusiya ordusu ötən gecə ümumilikdə 24 PUA ilə Ukraynaya hücum edib.

Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 67 dəfə raket zərbəsi endirib. Nəticədə mülki binalar dağılıb.

“Düşmənin 40 hücumu dəf edilib. Ən şiddətli döyüşlər Baxmut və Marinka uğrunda gedir”, - deyə Baş Qərargahdan bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR