İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna rəsmisi: "Qalib gəlməyimiz üçün minlərlə hərbi texnika lazımdır"

“Ukraynaya Rusiya ilə müharibədə qalib gəlmək üçün minlərlə hərbi texnika lazımdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak tərəfindən səsləndirilib.

Ukrayna rəsmisi hətta ehtiyac duyulan silahların siyahısını da açıqlayıb.

1000 ədəd 155 mm-lik haubitsa;
300 ədəd reaktiv yaylım atəş sistemi;
500 tank;
2000 zirehli maşın;
1000 dron.

"Bu ilin iyun ayının 15-də Brüsseldə müdafiə nazirlərinin təmas qrupunun iclası olacaq. Biz qərar gözləyirik", - deyə M.Podolyak bildirib.

Qeyd etmək lazımdır ki, “Ukroboronprom” Ukrayna Silahlı qüvvələrinin ehtiyacı üçün lazım olan 500 ədəd zirehli maşının sifarişini artıq həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR