İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna qarşı danışan rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd olub

Rusiyalı yazıçı və siyasətçi Zaxar Prilepinə qarşı sui-qəsd cəhdinin bəzi təfərrüatları məlum olub.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu gün yerli vaxtla yazıçının olduğu “Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb.

Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi Ukrayna vətəndaşı olan Aleksandr ölüb.

Məlum olub ki, Prilepin bu gün Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilib.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.

Prilepinə sui-qəsdin məsuliyyətini “Ateş” təşkilatı öz üzerinə götürüb.

Dünən axşam Prilepin “Vanqer”i dəstəkləyən bəyanat vermişdi.

Prilepin Ukraynada müharibəni dəstəkləyirdi. Yazıçı anti-Ukrayna çıxışıları ilə tanınırdı.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR