Onlayn ictimai-siyasi qəzet
Volodimir Zelenski 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirməyi planlaşdırır. Bu barədə bir müddət əvvəl "Ekonomist" nəşri məlumat yayıb. Məlumata görə, Ali Radadakı bütün siyasi partiyalar ölkədə münaqişə bitənə qədər bütün seçkiləri təxirə salmağa razılaşdırıb.
Bildirilib ki, Zelenski hakimiyyətini möhkəmləndirmək üçün növbəti il seçkilər keçirməyi hədəfləyir. Nəşr qeyd edir ki, Ukrayna seçiciləri ölkəyə rəhbərlikdə yeni liderlər görmək istəyir. Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Oksana Savçuk ölkədə seçki məntəqələrinə hazırlıq işlərinə başlanıldığını elan edib. Savçukun sözlərinə görə, sonuncu dəfə ölkədə 2020-ci ildə bələdiyyə seçkiləri keçirilib.
“Ukraynada seçkilər 2025-ci ilin yazından tez baş tutmayacaq və sırf imitasiya xarakteri daşıyacaq”. Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib. Miroşnik ölkənin hazırkı hakimiyyət orqanları tərəfindən Ukraynada seçkilərin keçirilməsi ehtimalını dəyərləndirib.
Diplomatın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski yalnız qələbəsinə əmin olduğu halda seçkinin keçirilməsinə razılıq verə bilər. “Ümumiyyətlə, Zelenskinin seçki imitasiyasına ehtiyacı var. Lakin hətta bu manipulyasiya prosesi çətin ki, yazdan əvvəl başlasın”, - səfir vurğulayıb. Miroşnikin sözlərinə görə, Ukrayna hakimiyyəti seçkilərin keçirilməsi üçün Zelenskinin rəqiblərini Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı kimi (Böyük Britaniyaya səfir göndərilib)zərəsizləşdirməlidir.
Qeyd edək ki, V.Zelenski 2019-cu ildən Ukraynanın prezidentidir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ