Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri üçün son iki ildə ən pis ay 2024-cü ilin noyabrı olub.
Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Nəşrin iddiasına görə, Ukrayna bu ilin noyabrında ümumi sahəsi Nyu-Yorkun ölçüsünə bərabər ərazilərini itirib. “Bu isə 2022-ci ilin sentyabrından bu günəkimi ölkə ordusu üçün ən pis göstəricidir”, - nəşr yazıb.
Məqalədə qeyd edilib ki, Ukraynanın 2024-cü ilin noyabrında itirdiyi torpaqların ümumi sahəsi 1202 kvadrat kilometrdir. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin nəzarətə götürdüyü ərazilərin əsas hissəsi Donbassda yerləşir.
Bundan əvvəl hərbi müxbir Aleksandr Kotyonok məlumat vermişdi ki, Kuraxovoda Ukrayna Silahlı Qüvvələri üçün əlverişsiz vəziyyət yaranıb. Onun sözlərinə görə, yaxın vaxtlarda düşmənin iki logistik marşrutu Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qalacaq.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ