İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu yaşayış məntəqələrini azad edib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış mıntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

"Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR