İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu son sutkada 10 “Şahed” PUA-sı məhv edib


“Ukraynaya son sutkada İran istehsalı olan 14 “Şahed” PUA-sı ilə hücum edilib. Onlardan 10-u məhv olunub”.

Musavat.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, PUA-larla 10-dən çox yaşayış məntəqəsinə, o cümlədən paytaxt Kiyev, Jitomir, Xarkov, Dnepr, Krivoy Roq, Zaporojye və Donetks ərazilərinə hücum olunub.

Həmçinin qeyd edilib ki, silah və hərbi texnikanın cəmləşdiyi 16 ərazi vurulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR