İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Rusiya şəhərini VURDU, neft anbarını PARTLATDI - CANLI

Dünya liderləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Bakı Stadionuna gəlirlər.

Musavat.com bildirir ki, artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT Baş katibi Antonio Quterreş tədbirin keçiriləcəyi məkandadırlar. “Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP-29-da iştirakla bağlı cavab verməyib”. Bunu isə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, bütün tərəflərə dəvət göndərilib: “Burada 198 tərəf iştirak edir.

Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb”.

Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, indiyə kimi 29 COP keçirilib. “Burada İsveçrə xaric olmaqla demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olub.

Ümumiyyətlə qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada biz yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük. Qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir, Real dünyanın tələbatları var. Təbii ki, iqlim dəyişikliyinə mənfi təsir göstərməsi faktdır. Bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz, mahiyyət daşımayan müzakirələrlə. Bizdən əvvəl Avropa ölkələri bu konfransa ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır və s.", - o deyib.

COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələrin qeydiyyatı həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, bunların mütləq əksəriyyəti - 60 mini xarici qonaqlardır: “Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib”.

Bu arada isə Rusiya ilə Ukrayna böhranı davam edir. Ukraynaya məxsus pilotsuz uçuş aparatları Belqorod vilayətinin Starıy Oskol şəhəri yaxınlığındakı neft anbarına hücum edib. Partlayış nəticəsində çənlərdən biri yanıb. Vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, itki yoxdur. "On yanğınsöndürmə briqadası yerində çalışaraq yanğını tez bir zamanda söndürdü", - Qladkov teleqram kanalında yazıb. Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı gecə Rusiya hava hücumundan müdafiə qüvvələrinin 9-u Belqorod vilayətində, Bryansk və Kursk vilayətlərinin hər birində bir olmaqla ümumilikdı 13 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib. Bryansk vilayətinin hakimiyyət orqanları dağıntı və tələfat olmadığını bildiriblər.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevdir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR