İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Türkiyə AÇIQLAMASI: Rusiya neftindən imtinası...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Türkiyənin Rusiya neftinin alışını dayandırmasını istəməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, Lavrov BMT-də keçirdiyi mətbuat konfransında Rusiyanın Türkiyənin mövqeyinə hörmətlə yanaşdığını deyib: “Mən spekulyasiya etmək istəmirəm, amma Türkiyə və digər tərəfdaşlarımız haqqında həmişə dediklərimi təsdiqləmək istəyirəm. Biz Türkiyə Respublikasının mövqeyinə hörmət edirik və Türkiyə Respublikasının özünə və xalqına hörmət etdiyinə şübhə etmirik”.

Xatırladaq ki, Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkiyənin Rusiya neftinin alınmasını dayandırmasını istədiyini bildirmişdi.

Reuters agentliyinin yaydığı məlumata, aprel ayından bəri Türkiyə Rusiyadan neft alışını minimuma endirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR