İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Krımı məsafədən mühasirəyə alır - Rusiya eksperti

Ukrayna bu gün Krımla Xerson vilayətini əlaqələndirən iki körpüyə zərbə endirib. Bunlar Çonqar və Geniçeski körpüləridir. Hər iki körpüdə zərbə nəticəsində böyük yarıqlar əmələ gəlib. Bu səbəbdən hərəkət müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Çonqar körpüsü Krımla Xersonu birləşdirən əsas avtomobil yolunun üzərindədir. İyundan bəri Ukrayna bu körpüyə 3-cü dəfədir zərbə endirir. Rusiya ekspertləri bildirirlər ki, Ukrayna dənizlə Krıma və Xersona daşımaları dron-katerlərlə çətinləşdirməyə nail olduqdan sonra körpüləri yenidən hədəf almaqla ötən ilin payızında Xerson şəhəri ilə bağlı yaranan vəziyyətə nail olmağa çalışır.

Rusiyalı hərbi ekspert Yuri Knutovun Lenta.ru-ya dediyinə görə, Ukrayna Xersonun arxa təminat yollarını tamamilə sıradan çıxarmaqla Rusiyanı şəhərdən çəkilməyə məcbur edib: "İndi də eyni taktika çox böyük dəqiqliklə Krımla bağlı həyata keçirilir. Yarımada fiziki olmasa da, məsafədən mühasirəyə alınır. Onlar elə nöqtələrə zərbə endirib elə yolları dağıdırlar ki, yarımadaya texnika və sursatları vaxtında çatdırmaq mümkün olmasın. Çox təəssüf ki, buna nail olurlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR