İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taşir” şirkətində həbslər  

Ermənistanda “Tashir Group”la bağlı açılmış cinayət işi üzrə 2 nəfər saxlanılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Qeyd olunur ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. Bu barədə İstintaq Komitəsi məlumat yayıb.

“4 nəfər barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusən külli miqdarda pulların yuyulması) ilə cinayət işi başlanıb. 2 nəfər saxlanılıb, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlər verilib”, - İstintaq Komitəsi təsdiqləyib.

Xatırladaq ki, dünən İstintaq Komitəsinin “Tashir Group” şirkətinin baş ofisində axtarış apardığı barədə məlumat yayılmışdı.

Şirkətin rəhbəri Samvel Karapetyan barədə həbs qərarı verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR