İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada aviadispetçerlərin tətilinə görə yüzlərlə reys təxirə salınıb

Fransada aviadispetçerlərin tətili başlayıb, buna görə ölkənin ən böyük hava limanlarında yüzlərlə reys ləğv edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, aviadaşıyıcılar paytaxt hava limanlarında uçuşların 25%-ə qədərini, Nitsa, Bastia və Kalvi reyslərinin 50%-ni, eləcə də Lion və Marseldəki bütün uçuşların üçdə birini ləğv edib.

Cümə günü, iyulun 4-də Parisdə uçuşların 40%-nin, digər şəhərlərdə isə 30%-ə qədərinin ləğv ediləcəyi gözlənilir.

Ryanair və EasyJet artıq yüzlərlə uçuşu öz cədvəllərindən çıxarıb. Air France yalnız uzun məsafəli uçuşlar həyata keçirir. British Airways maksimum sayda sərnişin daşımaq üçün daha böyük təyyarələrdən istifadə etməyə keçib.

Tətil edən aviadispetçerlər heyətin artırılmasını, köhnəlmiş texniki avadanlıqların modernləşdirilməsini və iş vaxtına nəzarətin ləğvini tələb edirlər.

Nəqliyyat naziri Filip Tabaro tələbləri qəbuledilməz adlandırıb və tətilə qarşı qətiyyətlə mübarizə aparacağına söz verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR