Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbi komandanlığı Ukrayna savaşında fərarilik edən və yaxalanan hərbçilərə münasibətini dəyişib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, onları əvvəllər olduğu kimi həbs etmək əvəzinə, hücum əməliyyatlarında iştirak etmək üçün kütləvi şəkildə bölmələrinə qaytarır, hücum əməliyyatlarına göndərirlər ki, günahların qanları ilə yusunlar.
Bu barədə “Verstka”ya hərbi prokurorluqdakı mənbə bildirib və o, nəşrə idarədən məxfi məlumat verib.
Daxil olan məlumata görə, son bir ayda ölkə üzrə bölməni icazəsiz tərk etdiyinə görə axtarışda olan mindən çox hərbçi saxlanılıb. Bunlardan on nəfəri həbsə göndərilsə də, qalanları zaminə buraxılıb və faktiki olaraq hərbi hissələrin komandirlərinə, hərbi prokurorluq, hərbi komendantlıq və ya hərbi polis əməkdaşlarına təhvil verilib.
“Verstka” mənbəsinin sözlərinə görə, bu yolla Müdafiə Nazirliyi maksimum sayda hərbçini cəbhəyə qaytarmağa çalışır.
“Onları hücum əməliyyatları ilə bağlı müqavilə imzalamağa məcbur edirlər və ya onları başqa komandirlərə satmağa çalışırlar”, - mənbə nəşrə bildirib.
O, izah edib ki, fərarilərlə bağlı cinayət işləri bağlanmayıb, lakin istintaq dayandırılıb. Prosessual olaraq hər şey istintaqın dayandırılmasını xahiş edən komandanlığın ərizəsi ilə rəsmiləşdirilir.
Bu məlumatı “Vicdandan imtina edənlər hərəkatı”nın hüquqşünası Artem Klıqa da təsdiqləyib.
“Onlar ön cəbhədən yayınanları döyüş bölgəsinə qaytarmaq üçün belə bir üsul tapıblar”, - deyə o qeyd edib.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ