İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İran və Suriya məsələləri üzrə Rusiya ilə gizli danışıqlar aparır?


İsrail ilə İran arasında atəşkəsin elan olunmasından sonra İsrail rəsmiləri Moskvada yüksək səviyyəli diplomatlarla gizli danışıqlara başlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Israel National News məlumat yayıb.

Kan News telekanalının verdiyi məlumata görə, İsrail Rusiya tərəfindən irəli sürülən təklifi qəbul edib və Moskvanın bu prosesdə vasitəçi rolunu oynamasına razılıq verib. Məqsəd – İran və Suriya ilə bağlı diplomatik həll yoluna Rusiya vasitəsilə nail olmaqdır.

Eyni zamanda İsrail ABŞ-la da İran məsələsində ayrıca razılıq əldə etmək istəyir. Gözlənilir ki, gələn həftə İsrailin Baş naziri Benyamin Netanyahu bu məsələni müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR