İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna jurnalistin qətli ilə bağlı məlumat yaydı

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.

APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb.

“Daxili terrorizmin nə vaxt daxili siyasi mübarizə alətinə çevriləcəyi məsələsi zaman məsələsi idi”, o yazıb.

Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR