Onlayn ictimai-siyasi qəzet
İstanbulda olan Ukrayna nümayəndə heyəti Rusiya ilə planlaşdırılan danışıqlardan öncə ABŞ və Avropa ölkələrinin yüksək səviyyəli müşavirləri ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, nümayəndə heyəti ABŞ Prezidenti xüsusi nümayəndəsi Kelloq, Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Pauell, Fransa Prezidentinin diplomatik müşaviri Bonn və Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Zauter ilə bir araya gəlib.
Yermak bildirib ki, İstanbulda keçiriləcək Ukrayna-Rusiya danışıqları öncəsi ortaq mövqelər koordinasiya olunub və regional təhlükəsizlik məsələləri geniş müzakirə edilib.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ